XİDMƏTLƏRİMİZ

HOME /  XİDMƏTLƏRİMİZ

2020-Cİ İLDƏN SİZİNLƏ...

Biz Hər Zaman Hazırıq.

Biz Ədalət Üçün Savaşırıq

EKSPERT MƏSLƏHƏTİ

EKSPERTLƏRİMİZ SİZƏ GÜVƏNLİ MƏSLƏHƏT VERƏCƏKDİR

HÜQUQİ MÜDAFİƏ

BİZ SİZİN MUDAFİƏNİZ ÜÇÜN VARIQ

QALİBİYYƏTİMİZ...

BƏLİ QALİBİYYƏTİMİZ MÜŞTƏRİLƏRİMİZİN RAZI QALMASIDIR

XIDMƏTLƏRİMİZ

PRESTİJ HÜQÜQ MƏRKƏZİ FIZIKI VƏ HÜQUQI ŞƏXSLƏRƏ HÜQUQ VƏ KONSALTINQ XIDMƏTLƏRI TƏKLIF EDIR.

ƏGƏR HƏR-HANSISA BİR SUALINIZ YARANARSA ÇƏKİNMƏDƏN BİZİMLƏ ƏLAQƏ SAXLAYIN.

PRESTİJ HÜQUQ MƏRKƏZİ

"Şirkətlərin qeydiyyatı, birgə müəssisələrin qurulması, daxili qaydalar və lisenziyalaşma, yenidən təşkil və səhm alğı-satqısı, iflas və ləğv əsas xidmətlərimizə daxildir.

Azərbaycanda korporativ hüquq xidmətləri

Bizim korporativ hüquq xidmətlərimiz müştərilərimizin ehtiyaclarına və Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müxtəlif istiqamətlidir və ən uğurlu təcrübələrə söykənir.

Xidmətlərimiz bizdən tələb olunan korporativ və şirkət hüququ məsələsinin bütün hüquqi və vergi tənzimləmələrini nəzərə alaraq, real həyat təcrübələrinə əsaslanır. Xidmətlərimiz hüquqi şəxslərin birləşdirilməsindən başlayaraq restruktizasiyası (yenidən təşkili), birləşməsi və qoşulması, hüquqi şəxsin müflisləşməsi və ləğv olunmasına qədər, korporativ və hüquqi şəxslərə dair qanunvericiliyinin bütün aspektlərini əhatə edir.

Təcrübəli korporativ hüquqşünaslar və vergi məsləhətçiləri, biznesin qeydiyyatı, hüquqi şəxsin hüquqi statusu (filial, törəmə, nümayəndəlik) və təşkilati hüquqi forması (məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyət, ortaqlıq) üzrə məsələtləri vermək iqtidarında olmalıdır. Bu, Azərbaycan hüquq və vergi məsləhətləri şirkəti olaraq etdiyimiz işlərdir.

Şirkətlərin qoşulması və birləşməsi, kommersiya qurumlarında səhmlərin alqı-satqısı, şirkətlərin korporativ siyasəti və qaydaları, korporativ restruktizasiya və sağlamlaşdırma, yerli tərəfdaşların cəlb olunduğu ortaq və birgə müəssisələr, qeyri-kommersiya əməliyyatlarının tənzimlənməsi, müflisləşmə və iflas, ləğv və bazardan çıxış qaydaları bizdən ən çox sorğu edilən xidmətlərdəndir. Bu və bir çox digər korporativ hüquq məsələlərinə aid hər hansı suala məmnuniyyətlə cavab verərməyə hazırıq, bunun üçün bizimlə əlaqə salamağınızı xahiş edirik.

Aşağıda korporativ hüquq sahəsində ən çox verilən suallardan biri olan Azərbaycanda şirkətlərin qeydiyyatı ilə bağlı ilkin məlumatları təqdim edirik.

Azərbaycanda Şirkətin yaradılması və qeydiyyatı

Azərbaycanda son illərdə hüquqi şəxslərin yaradılması sahəsində qanunvericilikdə inkişaf sahibkarlıq mühitini biznesə başlamaq üçün cəlbedici etmişdir. 2018-ci il Dünya Bankının Doing Business hesabatına görə, Azərbaycan biznesə start verilməsi kateqoriyasında dünyada ilk 20 ölkə arasında yer almışdır. Halbuki biznesin yaradılması və həyata keçirilməsində peşakar məsləhətləşmələr olmadan təsadüfi qərarların verilməsi gələcəkdə potensial problemlərin baş verməsinə səbəb ola bilər. Bu səbəbdən, başlanğıc üçün daha əlverişli təşkilati -hüquqi formanın və sonda əmlakın idarə edilməsinin daha yaxşı formasının seçilməsi ən ümdə məsələlərdən olmuşdur ki, bu da xərclərin azaldılmasının mümkün ən yaxşı hüquqi yolunun seçilməsini tələb edir.

Dünya Bankının "Doing Business Azerbaijan" hesabatlarının hazırlanmasında dəvət etdiyi yardımçı hüquq firmalarından biri olan Caspian Legal Center Azərbaycanda şirkətlərin açılması, biznesin qurulması, habelə müştəri üçün ən uyğun təşkilati-hüquqi formanın seçilməsi (MMC, Səhmdar cəmiyyət, filial və ya nümayəndəlik) sahəsində unikal təcrübəyə malikdir. Biz biznes planları, mənfəət gözləntilərini, şirkətin təşkilati strukturunu diqqətlə nəzərə alaraq hər müştərinin prioritetlərinə ayrı-ayrılıqda baxırıq və vergi baxımından optimallaşdırılmış, praktik və eyni zamanda müştərinin biznes ehtiyacları üçün uyğun olan şirkət formasını seçmək üçün tövsiyə veririk.

Biz təsis sənədlərinin, şirkətin stukturunun, daxili korporativ siyasətlərin / qaydaların yerində olmasını, qanunvericiliyin tələblərinə cavab verməsini və biznes sahibinin və biznesin maraqlarına uyğun olmasını təmin edirik.

CLC şirkətin təsis sənədləşmələrinin, standart müqavilə şərtlərinin, uyğunluq siyəsətinin hazırlanmasında peşəkar dəstək daxil olmaqla, müxtəlif ölçülü şirkətlərin yaradılmasından ləğv olunmasınə qədər bütün xidmətləri, o cümlədən Azərbaycanda nümayəndəlik və filialların yaradılmasını üzrə məsləhətlər verir və zəruri xidmətləri təmin edir. CLC komandası istər şirkətlərin, istərsə də onların kreditorlarının maraqlarını nəzərə almaqla Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi, müflisləşmə və iflas halları üzrə praktik təcrübəyə malikdir.

Müştərilər bizə hüquqi ünvan (virtual ünvan) xidmətinin göstərilməsi, korporativ bank hesablarının açılması (online bankçılıq vasitələri), Azərbaycanda yaradılacaq hüquqi şəxsin formasının seçilməsi üzrə məsləhərtlərin verilməsi istiqamətində tam hüquqi dəstək göstərilməklə qısa zamanda hüquqi şəxslərin yaradılması xidmətlərinin göstərilməsi üçün müraciətlər edir. Azərbaycan qanunvericiliyinə əsasən, Azərbaycanda əcnəbi şəxsin hüquqi şəxs yaratması üçün yalnız pasportu tələb olunur. CLC Azərbaycanda hüquqi şəxsis təsis edilməsi, bank hesabının açılması üçün zəruri olan bütün təsis sənədlərini təsisçi üçün hazırlayır.

Azərbaycanda Hüquqi şəxslərin qeydiyyatı üçün aşağıdakı sənədlərin və mərhələlərin tamamlanması zəruridir (Məhdud Məsuliyyətli Cəmiyyət üçün)

- Ərizə forması – Ərizə forması Vergilər Nazirliyi tərəfindən təqdim olunur (hüququ şəxslərin qeydiyyat orqanı) Bu sənəd notarial qaydada təsdiq olunmalı və müvafiq səlahiyyətləri olan şəxs tərəfindən təqdim olunmalıdır.

- Təsis sənədləri – Hüquqi şəxsin nizamnaməsi, Hüquqi şəxsin yaradılması və qanuni  təmsilçinin təyin edilməsi barədə təsis qərarı

- Təsisçilər (payçılar) barədə məlumatlar – Şəxsiyyəti təsdiq edən sənədlər, passportlar. Təsisçilər xarici hüquqi şəxs olduqda ana şirkətin təsis sənədləri, nizamnaməsi, reyestrdən çıxarış tələb olunur.

- Əgər qanuni təmsilçi həm də şirkətin təsisçisi (direktoru) olmazsa onun notarial qaydada verilmiş razılığı

- Nizamnamə kapitalının və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd – yeni MMC-nin yaradılması üçün dövlət rüsumu 11 manat təşkil edir və şirkət qeydiyyata alınmamışdan qabaq ödənilməlidir. Nümayəndəlik və filialların qeydiyyatı ilə bağlı dövlət rüsumu isə 220 manatdır. Buna baxmayaraq, yeni yaradılmış şirkətin nizamnamə kapitalı, əgər nizamnamədə nəzərdə tutulubsa 3 ay ərzində ödənilə bilər.

Bütün bu sənədlər Vergilər Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə  təqdim edilməlidir.

Hüquqi şəxsin qeydiyyatından sonra real biznes əməliyyatlarına başlamamışdan öncə növəti praktiki addımların atılması zəruridir:

1. Hüquqi şəxsin qanuni təmsilçisi (Direktoru) üçün ASAN İmza (Mobil imza) alınması;

2. Şirkətin korporativ möhürünün alınması;

3. Elekron kargüzarlıq vasitəsi ilə Şirkət üçün müvafiq şəhadətnamə dublikatın göndərilməsi ilə bank hesabının alınması;

4. Şirkətin qanuni təmsilçisinin (Direktor) əmək müqaviləsinin qeydiyyatı üçün əmək müqavilələrinin qeydiyyatı portalında müvafiq bildirişin göndərilməsi.

Korporati hüquq və müflisləşmə sahəsində fəaliyyət göstərən hüquqşünaslarımızla aşağıdakı xidmətləri təklif edirik:

- Azərbaycanda şirkətlərin qeydiyyatı, digər hüquqi şəxslərin yaradılması, fiziki şəxslər həmçinin hüquqi şəxslər üçün bank hesablarının açılması;

- şirkətin nizamnaməsinin (təsis sənədlərinin) və daxili qaydalarının hazırlanması;

- nümayəndəlik və filialların yaradılması və qeydiyyatı;

- etik və uyğunluq qaydalarının hazırlanması, tətbiqi və yenidən işlənməsi;

- işçilər və direktorlar üçün əmək müqavilələrinin tərtibi;

- Azərbaycanda olan şirkətin vergi və hüquqi ekspertizası (due diligence);

- hüquqi şəxsin birləşmə, qoşulma, bölünmələr  və ayrılma şəklində yenidən təşkili;

- Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi, müflisləşmə və iflas proseslərinin təhlili və bu sahədə məsləhətlər, bu proseslərdə hüquqi şəxslərin və onların payçılarının təmsil edilməsi;

- hüquqi şəxslərin kreditorlarının və ya debitorlarının hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması üçün iflas hallarında və ləğvetmə proseslərinə uyğun ümumi hüquqi məsləhətlərin verilməsi;

- müflisləşmə zamanı əmlakın idarə edilməsi;

- paylar üzrə əməliyyatlar, payçılar arasında olan razılaşmaları, investisiya razılaşmaları, Azərbaycanda və ya xaricdə birgə saviblarlıq fəaliyyətinə dair razılaşmaların hazırlanması və bu hallar üzrə vergi və hüquq məsləhətləri;

- müflisləşmə ilə əlaqədar restruktrizasiya və sağlamlaşdırma;

- likvidasiya və ləğvetmə.

"Əmək hüququ məsləhətləri, əmək müqavilələrinin bağlanılması, insan resursları üzrə sənədləşmə və daxili qaydaların tərtibi, işdən çıxarma və mübahisələrin həlli..

Azərbaycanın əmək qanunvericiliyinin işçilərin hüquqlarını daha çox müdafiə etməsi  əmək müqavilələrinə və tərəflərin razılaşmalarına xüsusi diqqət yetirilməsini zəruri edir. Xüsusilə bəzi hallarda, əmək və mülki hüququn sərhədləri o qədər qarışıq olur ki, həll yolları tapmaq üçün peşəkar yanaşmaya ehtiyac duyulur. Xüsusi ilə, bəzi hallarda əmək və mülki hüququn sərhədləri o dərəcədə dəqiq bilinmir ki, işçi və/ və ya işəgötürənin tələblərini nəzərə alaraq, daha peşəkar yanaşmaya ehtiyac duyulur.

Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi və Əmək Məcəlləsi

Azərbaycanda əmək və məşğulluq qanunları işəgötürənlər üçün tələb kimi minimum standartları müəyyən edir, iş rejimi və şərtlərini ciddi şəkildə tənzimləyir. İşəgötürən və işçi əmək müqaviləsi ilə işçi üçün daha əlverişli şərtlər barədə razılığa gələ bilər; lakin bu Məcəllə ilə müəyyən edilmiş minimal  standartların məhdudlaşdırılması ilə bağlı hər hansı bir razılaşma qüvvəsi yoxdur.

İşçinin İş rejimi, illik məzuniyyət, minimum əmək haqqı, maksimum iş saatı, əmək müqaviləsinin xitamı şərtləri və kompensasiya (müavinətlər) Azərbaycanın Əmək Məcəlləsi ilə tənzimlənən müxtəlif məsələlərdəndir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Konstitusiyasına əsasən, gündəlik normal iş saatı səkkiz saatdan çox ola bilməz. Standart iş həftəsi 5 iş günündən ibarətdir. Sənaye sahəsinin, xidmət sahəsinin və iş şərtlərinin xüsusiyyətlərindən asılı olaraq, işəgötürən həftəlik iş saatları limitində bir iş günü istirahət günü  olmaqla, altıgünlük iş həftəsi müəyyən edə bilər.

Minimum illik məzuniyyət ümumi olaraq 21 gündür.  Mütəxəssis vəzifələri üçün isə Əmək Məcəlləsində illik məzuniyyət 30 gün müəyyən edilməklə bərabər, işçinin təcrübəsinin nəzərə alınaraq, əlavə məzuniyyət hüququ du nəzərdə tutulur. 

İşəgötürən işçilər üçün təhlükəsiz iş şəraiti yaratmalı və iş yerlərində məcburi sığorta təmin etməlidir.

Əmək Məcəlləsi işçinin və işəgötürən tərəfindən müqaviləni ləğv etmək üçün əsasları ciddi şəkildə tənzimləyir. Odur ki, hər hansı bir iddia və ya zərərin qarşısını almaq üçün bütün xitam prosedurlarına və tələblərinə əməl edilməlidir.

Məşğulluq və əmək hüququ üzrə məsləhətlər:

CLC-nin hüquq komandası əmək və məşğulluq sahəsində müştəriləri müvafiq preventiv və məsləhət xarakterli xidmətlərlə təmin edir. Bizim fəaliyyət göstərdiyimiz sahələr sırasında aşağıdakılar daxildir:

- əmək müqavilələrinin, kollektiv sazişlər, daxili siyasətlər (Etik Qaydalar və s.)  kimi hüquqi sənədlərin hazırlanması və təhlili;

- İşə cəlb edilməməsi və rəqabət aparmama haqqında işçilərlər müqavilələr;

- Məxfi məlumatları yaymama barədə müqavilələr;

- HR idarəetməsi məsləhətləri;

- Əmək haqqı hesablamaları və kadrların cəlb edilməsi üzrə xidmətlər;

- əcnəbilərin işəgötürülməsi və əcnəbilərin işəgötürmə müqavilələri üzrə məsləhətləşmələr;

- tərəflərin əmək mübahisələri zamanı təmsil edilməsi;

- insan resursları sahəsində xidmətlər;

- hüquqi prosedurlar zamanı müdafiənin təşkili və bütün məhkəmələrdə işlərin izlənilməsi;

- mümkün olan ən sərfəli vasitələrlə işçilərin işə götürülməsi üçün rahat həllər;

- işəgötürmənin nəticəsi olaraq qanunvericilik tələblərinə əməl edilməsi;

- ödəniş cədvəli sisteminin yaradılması;

- HR siyasətinin və prosedurlarının hazırlanması;

- işçilərin attestasiyası, işçilərin işdən azad edilməsi (əmək müqaviləsinə xitam verilməsi);

- digər əmək və məşğullu ilə əlaqədar məsələlərdə məsləhətləşmələr.

Bundan əlavə, biz iş axtaranlar və işəgötürənlər üçün iş (əmək) icazəsi almaq üçün və ya iş icazəsindən azad olunmaq üçün məsləhət, habelə iş icazəsi ilə və ya iş icazəsindən azad olunma əsasında rezidentliyə müraciət üçün hüquqi dəstək veririk.

"Peşəkar vergi məsləhətləri və vergi mübahisələrinin həlli, mühasibatlıq xidmətləri və insan resursları üzrə xidmətləri bir pəncərə şəklində vahid məkanda təqdim edirik...

Vergi xidmətləri və Mühasibatlıq

Azərbaycanda son vergi qanunvericiliyi islahatları nağdsız hesablaşmaların və şəffaflığın təşviqi ilə xarakterizə olunur. Bu gün bizneslər daha yaxşı vergi planlaması və təşkilini axtarırlar ki, hazırki dəyişikliklərə uyğunlaşa bilsinlər. Xüsusilə, bir çox sahibkarlar mümkün vergi güzəştlərindən və azadolmalarından kifayət qədər məlumatlı deyillər. Biz müştərinin vergi və gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini, habelə vergi və gömrük qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən faydalanmasını təmin edirik.

 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi 

Azərbaycan Vergi Məcəlləsi məcəllələşdirilmiş qanun olaraq, vergitutma və vergi inzibatçılığı məsələləri ilə bağlı məsələləri əhatə edir. Vergi Məcəlləsi vergi məsələləri üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş vergiqoymaya aid məsələr üzrə üstünlüyə malikdir.

Vergi Məccəlləsinə əsasən aşağıdakı dövlət vergiləri müəyyən edilmişdir:

1. Mənfəət vergisi: ümumi qayda olaraq 20% müəyyən edilmişdir, mikro biznes üçün güzəştlər olduğundan 5% hesablanır. Qeyri-rezidentə olan ödənişlərdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur.

2. Gəlir vergisi: 14%-25%

3. Əlavə Dəyər vergisi: 18%, bəzi işlər və xidmətlər 0% dərəcə ilə bu vergiyə cəlb olunur;

4. Aksiz vergisi Azərbaycanda istehsal olunan və ya idxal olunan bəzi mallara tətbiq edilir. Bu verginin dərəcəsi dəyişəndir, belə ki, spirtli içkilər hər litri üçün 2 manat məbləğində, 1000 ədəd siqaret üçün 20 manat məbləğində aksiz vergisi tətbiq olunur.

5. Hüquqi şəxslərin Əmlak vergisi: Əmlak dəyərinin illik 1% məbləğində tətbiq olunur;

6. Topaq vergisi: Torpağın yerləşməsindən və təyinatından asılı olaraq müftəlif vergi dərəcələri tətbiq olunur. Məsələn, Bakı şəhərində yerləşən sənaye torpaqları 10.000 kv m-dək olan ərazinin hər kv.m-i üçün 10 manat məbləğində, bundan yuxarı olan ərazinin isə hər kv. m-i üçün 20 manat tətbiq edilir. Torpaq vergisi illik olaraq ödənilir.

7. Yol vergisi: Bu vergiyə Azərbaycana daxil olan və ya xaric olan avtomobillər cəlb edilir, həmçinin istehsal olunan benzin, dizel, maye qaz da bu vergiyə cəlb olunur.

8. Mədən vergisi: mədən işləri ilə bağlı müxtəlif dərəcələrdə tətbiq olunur, məsələn neft üzrə 26%, qaz isə 20% dərəcə ilə tətbiq edilir.

9. Sadələşdirilmiş vergi:  Bu vergi illik dövriyəsi 200 000 manatdan aşağı olan ƏDV qeydiyyatında olmayan kiçik həcmli bizneslərə 2% dərəcə ilə tətbiq edilir, ictimai iaşə fəaliyyəti göstərən illik dövriyyəsi 200 000 -dən çox olan şirkətlərə, eləcə də tikinti sahəsində, nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərə  8% dərəcəsi ilə idövriyyədən tətbiq edilir.

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər aşağıdakı cəhətdən spesifikdirlər:

- Sahibkarlıq fəaliyyəti üçün, xüsusi ilə kiçik bizneslər üçün vergi güzəştləri müəyyən edilmir;

- Bəzi vergi dərəcələrinin aşağı salınmış;

- Qeyri-neft sektorunda işçilərin gəlirlərinə tətbiq olunan vergilərin ləğv edilmiş və ya azaldılmış;

- Vergi prosedurları və vergi auditləri üçün müəyyən aşkarlıq və aydınlaşdırılmalar aparılmışdır.

1 Yanvar 2019-cu iil tarixindən qüvvədə olan  Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz. 1 Yanvar 2020-ci ildən qüvvəyə minən vergi qanunvericiliyi tənzimləməsi (Vergi Məcəlləsinə dəyişiklərin əsas xülasəsi) ilə tanış olmaq üçün məqaləmizi buradan oxuya bilərsiniz. 

Azərbaycanda  vergi  xidmətləri

Biz Şirkət olaraq, təmin edirik ki, sahibkarlar vergi və gömrük tənzimləmələrinə uyğun fəaliyyət göstərisinlər, vergi və gömrük sahəsində olan güzəştlərdən faydalansınlar. Azərbaycanda idxan və ixrac əməliyyatları ciddi şəkildə Gömrük Məcəlləsi ilə tənzimlənir və sahibkarların sadəcə vergi və gömrük sahəsində hüquqi məsləhətlər deyil, praktiki məsləhətlərin də alınmasına ehtiyac yaranır.

CLC-nin vergi hüquqsünasları və ekspertləri Azərbaycanda beynəlxalq vergitutma (ikiqat vergiqoyma, transfer qiymətləri) və vergi xidmətləri göstərirlər. Mühasiblər və vergi məsləhətçilərinin də dəstəyi ilə, komandamız istər beynəlxalq biznes münasibətlərində iştirak edən yerli sahibkarlara, istərsə də Bakıda fəaliyyət göstərən müxtəlif ölkələrdə fəaliyyəti olan bizneslərə tam vergi və mühasibatlıq xidmətləri göstərir.

Mühasibatlıq xidmətləri  və  insan resursları üzrə xidmətlər:

Müştərilərimiz əsasən beynəlxalq korporasiyaların yerli bölmələri olub, Bakıda mühasibatlıq xidmətlərini tam "outsource" şəklində bizə həvalə edən əcnəbi şirkətləri və yerli hüquqi şəxslərdir. Bir sıra hallarda, müştərimiz tərəfindən mühasibatlıq daxili resursları ilə aparılır, bizim mütəxəssislər isə təsdiq və yoxlama ilə vergi bəyannamələri təqdim edilir. Digər format isə mühasibatlığın və vergi uçotunun qurulması, habelə ayrı-ayrı məqamların yoxlanılması və spesifik məsləhətlərin verilməsidir. Ümumi olaraq xidmətlərimizə daxildir:

- Xüsusi proqramlar vasitəsi ilə və maliyyə hesabatları tələblərinə uyğun olaraq, tam mühasibatlıq xidmətlərinin göstərilməsi;

- Əmək haqqı hesablanması, işəgötürmə, əmək haqqıların ödənilməsi, işçilərin qeydiyyatı;

- əmək müqavilələri, işçilərin qeydiyyatı, əmək müqavilələrinin ləğv edilməsi, kardlarla bağlı sənədləşmələr kimi  (xəstəlik məzuniyyəti, növbəti məzuniyyətlər, ezamiyyət xərcləri, və digər əlaqəli sənədlər) insan resursları xidmətləri;

- vergi, DSMF, statistik hesabatların verilməsi və əməliyyatlar üzrə qeydlərin aparılması;

- müştərilərin banklar qarşısında təmsil edilməsi, bankla müştəri arasında əlaqələndirici şəxsin təyin edilməsi, banklarla bağlı anlaşılmazlıqların həlli;

 - digər mühasibatlıq və vergi uçotuna, əmək haqlarının hesablanmasına dair xidmətlər.

Mühasibat xidmətlərinin təşkili zamanı üstünlük veririk:

- Qanunvericiliyə tam əməl etmə;

-Mühasibat uçotuna və beynəlxalq mühasibatlıq standartlarına əməl etmə;

-Mühasibatlıq xidmətlərinin şirkətin maraqları baxımından optimal təşkili;

-Mühasibat uçotunun qurulmasında vergi məsləhətlərindən faydalanma (xərclərin optimallaşdırılması)

-Şirkət daxilində şəffaf mühasibatlıq və maliyyə sisteminin qurulması.

Vergi məsləhətçiləri tərəfindən Azərbaycanda peşəkar vergi məsləhətləri

Vergilər Nazirliyində Vergi Qanunvericiliyinin Təkmilləşdirilməsi sahəsində aparıcı praktiki təcrübəyə malik olan kollektivimiz vergitutma məsələlərində geniş təcrübəyə malikdir. İkiqat vergitutma və transfer qiymətləri qaydaları da daxil olmaqla geniş beynəlxalq vergi tətbiqetmə təcrübəmiz vardır. Beynəlxalq Vəkillər Assosiasiyası tərəfindən Azərbaycandan vergi sahəsində Vergi Reportyoru olaraq təyin edilmiş heyətimizlə, müştərilərimizə daim vergi yeniliklərini təqdim edir və ən qabaqcıl beynəlxalq təcrübələri nəzərə alaraq, qanunvericiliyə dəyişikliklər təklif edirik.

 

Biz aşağıdakı vergi xidmətlərini təqdim edirik:

- vergi məsləhətləri və planlaması;

- vergilərin planlanması, restruktizasiyası və optimallaşdırılması (artıq vergi xərclərinin aradan qaldırılması);

- İqtisadi və yurisdiksiya üzrə ikiqat vergitutmanın qarşısının da alınması, ikiqat vergiqoyma məsələləri üzrə müqavilələrindən irəli gələn məsələlər üzrə ödənilmiş vergilərin geri qaytarıılması da daxil olmaqla İkili vergitutma məsələlərində vergi məsləhətləri;

-  Azərbaycanda ödəmə mənbəyində tutulan vergilər ilə bağlı məsləhətləşmələr;

-  Rezident və qeyri-rezidentlər üçün ƏDV məsləhətləri;

-  Azərbaycanda olan beynəlxalq şirkətlər, eləcə də digər dövlətlərdə biznes təsisləri olan yerli şirkətlərə transfer qiymətləri ilə məsləhətlərin verilməsi;

- Dövlət və yerli orqanlarla danışıqlar yolu ilə vergi və digər güzəştlərin əldə edilməsi;

- Vergi məsələləri və biznes əməliyyatları üzrə yaranacaq vergi öhdəlikləri və tənzimləmələri barədə hüquqi rəylərin verilməsi;

- Şirkətin vergi uyğunluğunun auditinin həyata keçirilməsi və məsləhətlər;

- Çoxtərəfli və müxtəlif ölkələrdə əməliyyatları nəzərdə tutan, mücərrəd biznes əməliyyatları və vergi məsələləri üzrə vergi-hüquq həllərinin verilməsi.

"Mübahisələrin məhkəmə qaydasında həlli, beynəlxalq arbitrajda təmsilçilik, borcların effektiv qaydada qaytarılması təqdim etdiyimiz vəkil xidmətləri və hüquqşünas xidmətlərimizə daxildir....

Azərbaycan məhkəmə və hüquq sistemi

Azərbaycanın məhkəmə sisteminə bir neçə ixtisaslaşmış məhkəmə olan üç pilləli məhkəmə sistemi daxildir. Birinci instansiya məhkəməsi qismində rayon şəhər məhkəmələrində mülki və cinayət işlərinə  - vəkil xidmətləri təklif edən bir şirkət kimi hər cür ağırlıqda işlərə baxılır. Hazırda Azərbaycanda 86 məhkəmə (şəhər-rayon məhkəməsi) fəaliyyət göstərir.

Apelyasiya məhkəmələri birinci instansiya məhkələlərinin qarərlarından verilmiş şikayətlər üzrə işlərə baxılır. Azərbaycanda ərazi rayonlaşdırma yurisdiksiyası olan 5 apellyasiya məhkəməsi fəaliyyət göstərir.

Ali Məhkəmə kassasiya instansiya məhkəməsidir, apellyasiya məhkəmələrinin qərarlarından verilmiş kassasiya şikayətlərinə baxır. Azərbaycan Konstitusiya Məhkəməsi konstitusiya hüquqlarının pozulmasına dair işlərə baxır, habelə qanunları şərh edir.

Avropa Şurasının üzvü olaraq, Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı mübahisələr olduğu təqdirdə, Ali Məhkəmənin qərarından 6 ay müddətində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilə bilər.

Bunlara əlavə olaraq, Azərbaycanda inzibati məhkəmələr və yeni yaradılan kommersiya məhkəmələri fəaliyyət göstərir. İnzibati məhkəmələr dövlət orqanları ilə bağlı inzibati mübahilələrlə əlaqəli işlərə baxır. Kommersiya məhkəmələri kommersiya və vergi ilə bağlı mübahisələrə baxmaq səlahiyyətləri vardır.

Nəhayət, hərbi məhkəmə sistemi Azərbaycanda ümumi məhkəmə sistemi daxilində ayrı bir yarım-sistem kimi fəaliyyət göstərir. 

Bizim peşəkar hüquqşünaslarımız aşağıdakı vəkil xidmətlərini göstərir:

Hüquqşünas və vəkil komandamız müştəri maraqları baxımından işin həlli istiqamətində geniş təcrübəyə malikdir. Bu səbəbdən, ən yaxşı vəkil xidmətləri bizim üçün müştəri marağını anlayan və onun mövqeyindən məsələyə qiymət verən yanaşmadır. 

- Müştərinin yerli və xarici biznes tərəfdaşları ilə olan mübahisələrində təmsil edilməsi;

- Ödənilməmiş borclarla bağlı danışıqların, yazışmaların həyata keçirilməsi;

- Ödənilməmiş borcların ödənməsi planının hazırlanması;

- hər bir hal üzrə borcun alınması üçün uğura əsaslanan yanaşma;

- iddiaçının iddia tələbinin  və cavabdehin etiraz və mülahizələrinin hazırlanması kimi prosessual sənədləşmələrin hazırlanması;

- bütün instansiya məhkəmələrində məhkəmə baxışlarında iştirak;

-  iddianın müdafiəsi və məhkəmədən öncə şifahi arqumentlər;

- xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası;

- Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin hazırlanması və pozulmuş hüquqların qorunması ilə bağlı hüquqi məsləhətlər;

- yerli məhkəmə qərarlarının icrası zamanı hüquqi dəstək. 

Arbitraj və Mediasiya xidmətlərimizə daxildir:

- mübahisələrin mediasiya qaydasında həll edilməsi;

- arbitraj prosesinin başlanması;

- yerli və beynəlxalq arbitraj proseslərində və məhkəmələrində təmsilçilik və hüquqların qorunması;

- arbitr namizədlərinə və arbitraja dair maddələr barədə məsləhətlər verilməsi;

- baxışlarda nümayəndəlik;

- yekun təqdimat;

- arbitraj qərarının aydınlaşdırılması barədə təkliflər;

- arbitraj qərarının icrası;

- mübahisələrin həlli ilə bağlı müqavilə və anlaşmaların tərtib edilməsi, icrası zamanı hüquqi dəstək.

Ən çox tələb olunan xidmətlərdən biri olaraq, aşağıda xarici məhkəmə qərarlarının tanınması və icrası, eləcə də Azərbaycan borcların alınması ilə bağlı daha ətraflı məlumatları təqdim edirik. 

Xarici məhkəmə qərarlarının Azərbaycanda tanınması və icrası

Hal hazırda Azərbaycanda xarici məhkəmə qərarlarının tanınması və icrasını əhatə edən qarşılıqlı hüquqi yardım məsələlərinə dair qüvvədə olan 20-yə yaxın dövlətlə müqavilə mövcuddur. Bu ölkələrin (Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, BƏƏ, Çin, Hindistan, İran, Litva, Mərakeş, Ukrayna və s.) məhkəmələri tərəfindən qəbul edilmiş qərarların Azərbaycanda tanınması və onların icrası nisbətən sürətli və asandır. Digər ölkələrə gəldikdə, praktikada qarşılıqlı tanınma prinsipi, yəni qarşı tərəf məhkəmələri Azərbaycan məhkəmələrinin qərarlarını tanıdıqları və icra etdikləri və mərkəzi dövlət səviyyəsində bir zəmanət olduğu halda, Azərbaycan Ədliyyə Nazirliyi işi məhkəməyə təqdim edir və Ali Məhkəmənin son qərarı əsasında tanınma həyata keçirilir. Bütün digər hallarda işlərə ayrı-ayrı əsaslarla baxılır və tanınma şanslarını müəyyən etmək üçün  əvvəl təhlil edilməsi zəruri olur.

Beynəlxalq Arbitraj Qərarlarının tanınması və icrası üzrə Nyu-York Konvensiyasının üzvü kimi Azərbaycan məhkəmələri xarici arbitraj qərarlarını, Azərbaycan qanunvericiliyi ilə uyğun olduğu hallarda tanıyır və icraya yönəldir. 

Azərbaycanda borcların alınması

Biznesə yönəlik olan xidmətlərdən biri də borcların alınmasıdır. Xarici hüquqi şəxslərə göstərilən borcların alınması xidmətləri əsasən, Azərbaycan şirkətlərindən müxtəlif müqavilələr üzrə ödənişlər gözləyən, verilmiş borclar, françayzinq razılaşmaları, idxal şərtlərinin pozulması, xidmətlərin göstərilməsindən yaranan borclar, əmtəə nişanlarının istifadəsindən irəli gələn və digər müqavilə üzrə öhdəliklərdən formalaşmış borcların alınması kimi halları ehtiva edir.

Biz hər bir borc məsələsinə çoxillik təcrübəmizə əsaslanaraq yeni və müqayisə olunmayan hal kimi yanaşırıq. Bu cür mübahisələrin həllində və borcların məhkəmədən kənar (məhkəmədən əvvəlki mərhələdə) toplanmasında, əsasən cərimələrin və əlavə zərərlərin ödənilməsi müqabilində bir neçə hissə ilə ödəmə öhdəliklərinin yenidən formalaşdırılmasında bir sıra müvəffəqiyyətli təcrübələrimiz olmuşdur.  

Komandamız xüsusi ilə ödəmə planının şərtləri ilə razılaşdırılmış qaydada işin məhkəməyə getmədən kreditorların öz borcunu tam və sadə şəkildə yığmasını təmin edir. Bu baxımdan, CLC komandası məhkəmələrdə mübahisələrin tənzimlənməsinin xərclərinin, prosedurlarının və nəticələrinin hesablanması və izah edilməsi və tərəfləri məhkəmədən əvvəl mübahisələrin həll edilməsinə inandırmaq təcrübəsindən uğurla  istifadə edir. Sadə dildə desək, CLC müştərilərini təmsil edir, müəssisələr arasındakı sonrakı mübahisələrin baş verməsinin qarşısını alır və həlli yolllarını təklif edir.

Reallıq onu göstərir ki, bu cür hallarda kiminlə əlaqəyə keçildiyinin, həmçinin ödənişin tələb edilməsi qaydası çox əhəmiyyətlidir. Çünki ilkin razılıqdan sonra, növbəti mərhələlər mübahisələrin həlli ilə bağlı sırf analitik və kommersiya danışıqlarından ibarət olur. Bu məsələlərdə vacib tənzimləmələrdən biri də, borcun ödənilməməsi halında müflisləşmə (iflas) üçün tədbirlərin görülməsi və dəymiş ziyana görə kompensasiya tələb edilməsidir.

"Azərbaycanda müvəqqəti və daimi yaşamaq icazəsinin, əmək icazəsinin alınması, uzunmüddətli viza dəstəyi, vətəndaşlıq və əlaqədar ixtisaslaşmış xidmətlər təklif edirik."


Azərbaycan miqrasiya qayda və tələbləri

Əcnəbilərə Bakıda, Azərbaycanda immiqrasiya, vətəndaşlıq, iş icazəsi və yaşamaq icazəsi alınması və xaricdə həmin xidmətləri almaq niyyətində olan Azərbaycan vətəndaşlarına bizim komandamız tərəfindən göstərilən əsas xidmət sahələrimizə daxildir. Xarici investisiya yatırımlarının artırılması, eyni zamanda əcnəbilər tərəfindən yaradılan kiçik bizneslərə  dəstəyin göstərilməsi  Azərbaycan hökümətinin miqrasiya siyasətinin tərkib hissəsi olmuşdur.

Azərbaycanda mövcud biznes imkanları nəinki orta və böyük biznesin cəlb edilməsinə səbəb olmuş, eyni zamanda Bakıda hər zaman kiçik biznesin də inkişafı üçün imkanlar yaradılmışdır.

Xarici işçi qüvvəsinin yerli bazarlara cəlb edilməsi müasir bisnesin ayrılmaz hissəsidir. Azərbaycanın immiqrasiya sahəsində olan qanunvericiliyi bu baxımdan anlaşılandır və müasir beynəlxalq təcrübələrə cavab verir. Buna baxmayaraq, immiqraiya və iş (əmək) icazələrinin alınması məsələlərində ciddi tənzimləmələrin və cərimələrin mövcudluğu da nəzərə alınmalıdır.

Bizim Azərbaycanda immiqrasiya hüquqşünaslarımız aşağıdakı xidmətləri həyata keçirilər:

  • Vizaların alınması və uzadılması;
  • Uzunmüddətli vizalar üçün dəvət məktublarının hazırlanması (yalnız müştərilər üçün);
  • İş icazəsi və müvəqqəti yaşamaq üçün icazə; 
  • Daimi yaşamaq üçün icazə və vətəndaşlıq;
  • İkili vətəndaşlıq üzrə məsləhətlər;  
  • Azərbaycana köçmə zamanı nəzərə alınmalı olan həyati əhəmiyyətli məsələlər;
  • İmmiqrasiya ilə bağlı sərhədkeçmə məsələləri.

Azərbaycanda müvəqqəti yaşama icazəsi

Azərbaycanda müvəqqəti yaşayış icazəsi (TRP) müştərilərimiz tərəfindən  tez-tez verilən suallardan biridir. Biz bütün potensial müştərilərimizə məlumat veririk ki, bu məsələlərlə bağlı məsləhətlərin alınmasını nəzərdə saxlasınlar belə ki, prosesin lap əvvəlindən Azərbaycana daxil olarkən viza növünün seçilməsi, müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması zamanı zəruri olan sənədlərin özləri ilə gətirmələri üçün düzgün məsləhətlərin alınması çox vacibdir.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazəni və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini Azərbaycan Dövlət Miqrasiya Xidmətindən almalıdırlar. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə qüvvədə olduğu müddətdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti yaşamalarına, Azərbaycan Respublikasından çıxmalarına və vizasız yenidən Azərbaycan Respublikasına qayıtmalarına icazə verən sənəddir. sərbəst rejim. Bundan əlavə, müvəqqəti yaşama icazəsi əcnəbinin Azərbaycanda şəxsiyyətini və yaşayış yerini təsdiqləyir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Resoublikasında aşağıdakı hallarda müvəqqəti yaşamaları üçün icazə verilir:

- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; Valideynlər və uşaqlar, nənələr və babalar, ümumi valideynləri olan bacı və qardaşlar yaxın qohumlar hesab edilir;

- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və həmin məbləğdə banklarda deposit hesabı olan şəxslər; Belə olan halda Azərbaycanda olan daşınmaz əmlakın müstəqil qiymətləndirmə şirkətləri tərəfindəən həyata keçirilir və alqı-satqımüqaviləsində olan məbləğ nəzərə alınmır;

- iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;

- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda; xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

- ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırdıqda;

- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.  Göstərilən bu hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərsinlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur;

- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;

- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;

- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;

- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Təcrübədə, kiçik biznes sahibləri olan əcnəbilər 3 aydan 6 ayadək olan müvəqqəti yaşama icazəsi ilə təmin olunurlar. Müvəqqəti yaşama icazəsinin verilməsi üçün bütün lazimi sənədlər, müvəqqəti yaşama icazəsi üçün ərizə forması ilə birlikdə təqdim olunduqdan sonra 25 gün müddətində təqdim olunur.

Bundan əlavə, biz Azərbaycana qanuni yollarla  miqrasiya etmək istəyən və bütün mərhələlərdə praktiki dəstək və məsləhətlərə ehtiyacı olan əcnəbilərə və onların ailələrinə tam hüquqi xidmətlər göstəririk.

Qeyd olunmalıdır ki, bir çox xarici dövlətlərdən fərqli olaraq, müraciət edən şəxsin vətəndaşlığından asılı olmayaraq miqrasiya ilə bağlı tələblər və prosedurlar eynidir, belə ki müraciət edən şəxsin Pakistan, Hindistan, İran, İraq kimi Şərq ölkələrindən və ya Birləşmiş Krallıq, İtaliya, Almaniya kimi Qərb ölkələrindən olmasından asılı olmayaraq tələblər eynidir.

Daimi yaşamaq icazəsi və vətəndaşlıq

Azərbaycan ərazisində 2 il müvəqqəti yaşadıqdan sonra daimi yaşamaq icazəsi alına bilər. Daimi əsaslarla 5 il yaşadıqdan sonra isə Azərbaycan dili və stabil gəlir mənbəyi tələblərinə cavab verildiyi halda, Azərbaycan vətəndaşlığı üçün müraciət edilə bilər. 

Azərbaycanda biznes imkanları və immiqrasiya məsələləri ilə bağlı ilkin məsləhətlər də daxil olmaqla spesifik suallar və məlumatlar əldə etmək üçün bizimlə əlaqə saxlayın. 

 "Əmlak məsələləri üzrə hüquqşünaslarımız və məsləhətçilərimiz vasitəsilə daşınmaz əmlakın və torpağın alınması zamanı zəruri olan hüquq xidmətləri təqdim edirik."

Azərbaycan bazarının tənzimləmə baxımından bu qeyri-sabit hissəsi daşınmaz əmlak üzrə əməliyyatlara peşəkar yanaşma tələb edən bir sıra dəyişikliklərə məruz qalmışdır. Hazırda, həm bizneslə məşğul olan şəxslər, həm də digər şəxslər mülkiyyət risklərinin istisna edilməsi üçün əmlakla əlaqədar əməliyyatların lazımi sənədləşdirilməsində maraqlıdırlar.

Azərbaycanda əmlak alınması

Əmlak hüquqları üzrə hüquqşünaslarımız, əmlak alışının bütün mərhələlərində, xüsusən də Azərbaycanda daşınmaz əmlak və ya torpaq alarkən müştərini təmsil etmək üçün geniş təcrübəyə malikdirlər. Bəzən xarici vətəndaşlar əmlak alqı-satqısı zamanı daşınmaz əmlak agentliyi əməkdaşlarının təcrübəsinə və tövsiyəsinə etibar etməyə maraqlı olurlar, amma agentlik işçilərinin peşə ixtisaslarının, daşınmaz əmlak sahəsində hüquqi biliklərinin adekvat olmamasını  və maraqlar toqquşmasının olmasını nəzərə alaraq, bu qərarın riskli olduğu qənaətinə gəlmək olar.

Bakıda fəaliyyət göstərən daşınmaz əmlak hüquqşünaslarımız əmlakın ilkin baxışı zamanı, əmlak sənədləri, mülkiyyətin statusu, mülkiyyət hüququnun keçməsi və mülkiyyətə dair reyestr sənədinin alıcı üçün alınması zamanı kömək etməyə hazırdırlar.

Azərbaycanda torpaq alışı

Qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyinə əsasən əcnəbilərin Azərbaycanda torpaq alması qadağandır. Lakin praktikada və real iş şəraitində, Azərbaycanda torpaq almaq məsələsi müştərinin birbaşa və ya dolayı yolla torpaq sahibi olmaq və ona nəzarət etmək niyyətində olduğu zaman əhəmiyyətli bir məsələyə çevrilir. Nəzərə alınmalıdır ki, torpaq üzərində hər hansı bir formada mülkiyyət hüququ, yəni əcnəbiyə miras və ya hədiyyə olaraq əmlak üzərində mülkiyyət və ya hər hansı digər oxşar mülkiyyət hüququ yaranarsa, həmin torpaq sahəsində 1 il müddətində özgəninkiləşdirilməli (başqasına verilməli) və mülkiyyət hüququ ləğv edilməlidir.  Əmlak sahəsində fəaliyyət göstərən hüquqşünaslarımız, müştərinin ehtiyaclarını və ya biznes maraqlarını nəzərə alaraq əcnəbilər üçün torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün həllər təqdim edilməsi sahəsində təcrübəyə malikdirlər.

Təcrübəli hüquqşünaslarımızın və məsləhətçilərimizin köməyi ilə Azərbaycanda torpaq almaq mümkün olacaqdır. Müştərilərimizin optimallaşdırılmış alternativ həllər yolu ilə belə torpaqlara sahib olmasını və faydalanmasını təmin edəcəyimizi bildiririk. Bizim təqdim etdiyimiz həll yollarımız tam qanunidir və müştərinin arzu olunan tələblərinə cavab verir, torpaqların potensial satışını çevik və səmərəli şəkildə həyata keçirməyi də nəzərdə tutur.

Bakıda daşınmaz əmlak sahəsində hüquqşünaslarımız

İnkişaf etməkdə olan daşınmaz əmlak bazarının olması səbəbilə Azərbaycanda, xüsusi ilə Bakı şəhərində olan əmlaklara böyük maraq yaranmışdır. Bir çox əcnəbi yaşamaq, kirayəyə (icarəyə) vermək, gəlir əldə etmək və ya müvəqqəti yaşamaq icazəsi almaq üçün Azərbaycanda daşınmaz əmlak alır.

CLC əmlakın satın alınması, satılması, icarəsi və lizinqi ilə bağlı bütün hüquqi addımlarda müştərilərinə məsləhət verməklə, daşınmaz əmlak məsələlərində fəaliyyət göstərir. Biz biznes qurumunun və mülkiyyətçinin (səhmdarın) əmlakının və əmlak hüquqlarının qorunmasını, yəni əmlakın bütün bülkiyyət sənədlərinə (Çıxarışlara) və lazımi sənədlərə malik olmasını, mülkiyyət hüquqlarının qeydiyyatını təmin edirik.

Azərbaycanda əmlakın alınması üçün hüquq və məsləhət xidmətlərinə daxildir:

  • əmlak maraqlarına dair bütün hüquqi sənədlərin hazırlanması, təhlili və razılaşdırılması;
  • daşınmaz əmlakın alqı-satqısında əcnəbilərə məsləhətlərin verilməsi;
  • icarə və kirayə müqavilələri üzrə məsləhətlərin verilməsi, sifarişçinin tapşırığına uyğun tikilmiş əmlak üzrə renta;
  • daşınmaz əmlak sənədləşməsinin tənzimlənməsi;
  • hüquqi şəxslərin birləşməsi zamanı əmlakın idarə edilməsi;
  • biznes üçün əmlakın girovu, yüklülüyü üzrə məsləhətləşmələr;
  • müflisləşmə və ləğvetmə zamanı əmlakın idarə edilməsi;
  • torpaq alqı-satqısı və qeydiyyatı, daşınmaz əmlak müqavilələri;
  • daşınmaz əmlak üzərinə əmlak vergisi və satışı zamanı gəlir vergisi üzrə məsləhətlər;
  • əmlakın idarə edilməsi üzrə razılaşmalar;

Bakıda, Azərbaycanda torpaq və ya əmlakın alınması zamanı mərhələlər və məsləhətlər aşağıdakı kimidir:

1. Əmlakın alqı-satqısı barədə danışıqlar apararkən əmlakın sənədləşmə vəziyyəti əvvəlcə sorğu-sual olunmalı və satıcının əmlak hüquqlarının müvafiq qaydada qeydiyyata alındığına əmin olunmalıdır;

2. Daşınmaz əmlak alqı-satqısı zamanı yaranan vergi (Satıcıdan gəlir vergisi) əvvəlcədən hesablanır və əmlakın qiyməti müzakirə edilərkən nəzərə alınır;

3. Alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl əmlak (mənzil, villa, ticarət obyekti və s.) texniki standartlar və şərtlərlə uyğunluqla bağlı mütəxəssislərlə yoxlanılmalıdır;

4. Satın almağa başlamazdan əvvəl əmlaka dair üçüncü şəxslərin hüquqları, əmlakla bağlı iddiaların, heç bir girov, ipoteka və ya hər hansı bir əmlak yüklülüyünün olmaması təmin edilməlidir;

5. Satıcı tərəfindən əmlak üzərində hər hansı şəxsin yaşayışla bağlı qeydiyyatının olmaması, qeyd olunan əmlakda (ünvanda) qeydiyyata alınan şəxs qeydiyyatdan əvvəl və ya qeydiyyata alındıqdan sonra müəyyən müddət ərzində çıxarılırması təmin olunmalıdır. Bu öhdəliyin yerinə yetirilməsinə qədər ödənişin tam edilməməsi məsləhət görülür;

6. Notariat qaydasında təsdiqlənmiş satış əməliyyatından sonra əmlak üzərində mülkiyyət hüququ onlayn qaydada notarius vasitəsilə qeydiyyata alınır.

Zəhmət olmasa, hər hansı bir sualınız və ya məsləhətə ehtiyacınız olarsa, bizimlə əlaqə saxlayın

"Müxtəlif xarakterli yerli və beynəlxlaqelementli sahibkarlıq müqavilələrin hazırlanması, rəylərin verilməsi və müqavilə risklərinin aradan qaldırılması məsləhətləri. Müqavilələrin tərtibinin peşəkar formada olmasının üstünlükləri."

Azərbaycanın post-neft siyasəti ölkə iqtisadiyyatında biznes mühitinin liberallaşdırılmasına və beynəlxalq ticarətin açıqlığına yönəlmiş yeni çağırışlar və təşəbbüslər erası açmışdır. Bugün sahibkarlıq mühiti əsasən xarici investisiyalara cəlbediciliyi və biznesin həyata keçirilməsi üçün saysız əlverişliliyi ilə xarakterizə olunur. İnkişaf edən şaxəli beynəlxalq biznes mühiti daha tələbkar danışıqlar və müqavilə bacarıqları tələb edir. Bu baxımdan prefessional qaydada müqavilələrin tərtibi labüddür. 

Azərbaycanın kommersiya və müqavilələr hüququ

Azərbaycan hüquq sistemi Sovet İttifaqından miras qalan qitə hüquq sisteminə əsaslanır. Buna görə də kontinental müqavilə hüququnun bütün əsas elementləri Azərbaycanda mövcuddur. Ümumi hüquq sistemindən fərqli olaraq, kontinental hüquq sistemi presedent hüququna əsaslanmır, burada yalnız Konstitusiya Məhkəməsinin presedentləri hüquqi qüvvəyə malik olur. Bundan əlavə, əksər qitə hüquq sistemlərində olduğu kimi, müqaviləyə qədər olan mərhələ Azərbaycan müqavilələr hüququnun məcburi elementi deyildir. 

Müqavilələrin hazırlanması zamanı hər bir müqavilə (ticarət sövdələşməsi), ümumilikdə və konkret müqavilə növləri üçün məcburi qaydalar və müddəaları özündə cəmləşdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq tərtib edilməlidir. Bu, Azərbaycan müqavilə qanununun müqavilə azadlığı prinsipini ləğv etdiyini bildirmir, əksinə tərəflərin razılığının mətninə əlavə olunur və məcburi şərt və şərtləri nəzərdə tutduğu hallarda tərəflər arasında olan razılaşmadan üstün olur. 

CLC müqavilələr sahəsində  hüquqşünasları beynəlxalq müqavilələrin hazırlanması ilə yanaşı, müvafiq sahədə beynəlxalq təhsil almış və təcrübəyə malikdirlər, eləcə də yerli tərflərlə, dövlət orqanları və məhkəmələrlə də işləmək təcrübəsinə malikdirlər. Üstəlik, hüquqşünaslarımız tikinti, qonaqlama, şirkətin idarə edilməsi, idxal və ixrac müqavilələri, ticarət müqavilələri, INCOTERMS, kredit müqavilələri, investisiya və ortaq müəssisə müqavilələri, səhmdar müqavilələri, İT və əqli mülkiyyət hüquqları, lisenziya müqaviləsi və istehsal sənayesində müxtəlif müqavilələrin hazırlanması üzrə təcrübəyə malikdirlər. 

Azərbaycanda və ya xaricdə müştərək müəssisə və ya ortaqlıqlar yaratmaqla birgə müəssisə müqavilələri tərtib etməyi planlaşdıran beynəlxalq şirkətlər danışıqlara başlamazdan əvvəl müqavilələrin tərtibi üçün məsləhət almalıdırlar. Xarici tərəflərin də iştirak etdiyi birgə müəssisə layihələrinin əksəriyyəti yerli qaydalara və şərtlərə əhəmiyyət verilməməsi və ya xərclərin səhv hesablanması, eləcə də peşəkar dəstəyin olmaması səbəbindən müəyyən çətinliklərlə üzləşir. Birgə müəssisə haqqında saziş (təsis müqaviləsi) və ya Azərbaycanda birgə müəssisə yaratmaq niyyətində olan tərəflər əmlak və ya pul şəklində yatırım edə, vəsaitləri sərbəst olaraq Azərbaycana və Azərbaycandan köçürə, mənfəət (dividend) və xərc bölgüsü barədə razılığa gələ, idarəetməni təşkil edə bilərlər. 

Müqavilə hüququ və müqavilələrin hazırlanması üzrə xidmətlərimiz

Bizim müqavilə hüququ üzrə hüquqşünaslarımız  müştəriləri beynəlxalq biznes müqavilələrinin bütün sahələrində və malların və xidmətlərin satışı və distribütorluğu sahəsində (təyyarə və kənd təsərüffatı texnikaları daxil olmaqla böyük məbləğli mallar), ticarət fəaliyyətində, lisenziyalaşdırma işləri, korporativ vergilər, xarici investisiya məsələləri və digər müxtəlif kommersiya danışıqlarında təmsil edirlər. Bu proseslərin sürətləndirilməsi üçün müxtəlif ssenarilərə uyğun olaraq, biz müştərilərimizi daşınmaz əmlak brokerləri, HR menecerlər, xarici viza işləri üzrə peşəkarlar və digər vasitələrlə xidmət edirlər. 

Bizim kommersiya və müqavilə hüququ üzrə hüquqşünaslarımız müştərilərimizi aşağıdakı əməliyyatlar üzrə təmsil edirlər:

- niyyət məktublarının, məxfilik və məlumatların qorunması haqda razılaşma müqavilələrinin tərtibi;

- birgə müəssisə və konsorsium razılaşmalarının;

- səhmdarlar arasında (təsis müqaviləsi) və səhmlərin transferi (satılması və ya özgəninkiləşdirilməsi) ilə bağlı müqavilələr;

- malların beynəlxalq alqı-satqısının, beynəlxalq xidmətlərin, BOT razılaşmalarının,

partnyorluq, distribütorluq, vasitəçilik və satış nümayəndəliyi razılaşma müqavilələrinin hazırlanması, texnologiyanın ötürülməsi və lisenziya razılaşmaları üzrə məsləhətlərin verilməsi;

 - xarici ölkələrdə biznesin alınması üzrə alıcıların təmsil edilməsi;

- beynəlxalq alqı-satqı müqavilələrində alıcı və satıcıların təmsil edilməsi;

- akkreditivlər və ticarətin maliyyələşdirilməsi üzrə alətlər və sənədləşmə;

- ixrac və idxal nəzarəti;

- Bisneslər üçün istifadəyə hazır müqavilə formalarının hazırlanması və dəyişikliklərin edilməsi;

- Xidmət və alqı satqı, podart müqavilələrinin əsas şərtlərinin hazırlanması;

- məhkəmələrdə təmsilçilik və müştərilərin maraqlarının müdafiəsi;

- etibarnamələrin tərtibi, təsdiqi və tərcüməsi;

- Dövlət orqanları ilə münasibətlər, eləcə də zərurət olarsa müqavilələrin qeydiyyatı və təsdiqi;

-  Beynəlxalq və ya yerli olmasından asılı olmayaraq, müxtəlif sənaye sahələri üzrə çoxdilli müqavilə layihələrinin hazırlanması;

-  Mürəkkəb biznes tələblərinə uyğun olaraq kommersiya yönümlü hüquq həlləri

- Komersiya müqavilələrinə və tələblərinə uyğun olaraq hüquq xidmətlərinin təklifi

Biz biznesi istər yerli , istərsə də beynəlxalq səviyyədə satınalmalarda təmsil edir və onun maraqlarının satınalma prosesində tam qorunmasını təmin edirik. Biz həmçinin şirkət daxilində satınalmaların təşkili məqsədilə dəstək göstəririk.

Hüquqi audit: Biz hüquq və şirkətdaxili qaydaların pozulması hallarını, o cümlədən şirkətdaxili saxtakarlıq, mənimsəmə və dələduzluq hallarını  aşkar edirik. Hüquq auditlərinə şirkətin qurumlarının və əməkdaşların şirkətdaxili qaydalara əməl etməsi, bu qaydaların qanunvericiliyə uyğun olub-olmaması və maraqlar toqquşmasından azad olmasının yoxlanılması daxildir.

"Əmtəə nişanı, patent və sənaye nümunələrinin Azərbaycanda və xaricdə qeydiyyatı, müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunması və mübahisələrin həlli."

Azərbaycannın Əqli Mülkiyyət Hüququ sahəsində qanunvericiliyi

Azərbaycanın əqli mülkiyyət hüququ sahəsində qanunvericiliyi əsasən aşağıdakılardan ibarətdir:

1. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanun;

2. Müəllif hüquqları və əlaqəli Hüquqlar haqqında Qanun;

3. Patent haqqında Qanun;

4. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Qanun;

5. İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında Qanun;

6. Məlumat toplularının hüquqi qorunması haqqında Qanun.

Azərbaycanda Əmtəə Nişanlarının qeydiyyatı

Azərbaycanda Əmtəə Nişanının Qeydiyyatı Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən müvafiq  ekspertiza aparılaraq təxminən 6-10 ay çəkir.

Qeydiyyata alınmış əmtəə nişanının axtarışı  açıq informasiya kimi internet resurslarında olmasa da, yazılı tələb əsasında qeydiyyat məlumatları maraqlı tərəflərə təqdim edilməlidir.

Əmtəə nişanlarının qeydiyyatı prosesi

Əmtəə nişanlarının qeydiyyatı prosesi müxtəlif mərhələlərdən ibarətdir. Xarici hüquqi və ya fiziki şəxslər Azərbaycanda əmtəə nişanlarının qeydiyyatı üçün patent müvəkkili vasitəsilə iştirak etməlidirlər. Yerli hüquqi və fiziki şəxslər sərbəst şəkildə Əqli Mülkiyyət Agentliyinə müraciət edə bilərlər. 

Müraciət aşağıdakı sənədlərlə həyata keçirilir:

  1. Ərizə, o cümlədən əmtəə nişanının qeyd edilməsi şərtilə ərizəçinin rekvizitləri;
  2. Ərizə nümayəndə və ya patent müvəkkili vasitəsilə həyata keçirildikdə müvafiq şəxslə verilmiş etibarnamə ərizəyə qoşulmalıdır;
  3. Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən müraciəti edilmiş əmtəə nişanının ekspertizası;
  4. Əmtəə nişanı üzrə ödənişin həyata keçirilməsi və şəhadətnamənin alınması. 

Əmtəə nişanı 10 illik qeydiyyata alınır və bu müddət uzadıla bilir. 

Biz biznesin əqli mülkiyət hüquqlarının Azərbaycan Respublikasında qeydiyyata alınmasını və qorunmasını təmin edirik. Biz, əsasən aşağıdakı xidmətlərin göstərilməsinə istiqamətlənmişik:

- Patent, əmtəə nişanları və müəlliflik hüquqlarının qorunması üçün müvafiq sənədləşmənin aparılması;

- Əmtəə nişanlarının qeydiyyatı və qeydiyyata alınmış əmtəə nişanlarına şikayətlərin verilməsi;

- Əmtəə nişanlarının qeydiyyatından öncə əmtəə nişanı üzrə axtarışın həyata keçirilməsi;

- Müştərinin digər müəlliflərin əqli mülkiyyət hüquqlarını pozmamasının təmin edilməsi üçün hüquqi auditin həyata keçirilməsi;

- Əqli mülkiyyət hüquqlarının qorunması üçün müqavilələrin tərtib edilməsi və təhlili;

- əmtəə nişanlarının mövcudluğu üzrə axtarış, əmtəə nişanlarının, patentlərin qeydiyyatı, qeydiyyatdan şikayət verilməsi;

- əmtəə nişanlarının əldə edilməsi üzrə razılaşmalar;

- əmtəə nişanlarına dair lisenziya müqaviləsi;

- əqli mükiyyət üzrə mübahisələrin həlli.

"Ailə-nikah məsələləri üzrə hüquqşünaslarımız nikah müqaviləsi, ailədaxili mübahisələr, aliment, boşanma, əmlak bölgüsü və digər əlaqədar mövzularda ixtisaslaşıblar."

Bizim komandamız həm əcnəbiləri, həm də yerli vətəndaşları ailə münasibətlərinin hüquqi və maliyyə aspektləri baxımından təmsil edir və məsləhətlər verirlər. Biz müştərilərimiz nikah və vərəsəliyə dair hüquqlarının Azərbaycan qanunvericiliyinə uyğun olaraq orunması üçün təminat veririk.

Ailə münasibətlərinə dair qanunvericilik və tənzimləmə

Azərbaycan ailə qanunvericiliyinə dair müddəalar və tənzimləmələr əsasən Ailə Məcəlləsində məcəllələşdirilmiş və qeyd olunmuşdur. Nikahın və boşanmanın hüquqi statusu, valideynlik hüquqları və vəzifələri, ər və arvadın birgə əmlakının hüquqi statusu, nikah müqaviləsi, nikaha qədərki əmlak tənzimləməsi, uşaq hüquqları və uşaqların tərbiyəsi, aliment, övladlığa götürmə və əlaqəli ailə münasibətlərinə dair məsələlər qanunvericiliklə tənzimlənmişdir. Bir sıra hallarda əcnəbilər hüquq və vəzifələri, nikah dövründə əldə edilmiş əmlaka tətbiq olunan birgə əmlak statusunu bilmədən Azərbaycan Respublikasında və ya Azərbaycan vətəndaşları ilə nikaha daxil olurlar. Bu səbəbdən nikaha daxil olmamışdan, eləcə də boşanmaya və ya uşağın kimin himayəsində qalması ilə bağlı mübahisələrə səbəb olacaq ailədaxili anlaşılmazlıqların başlamasından əvvəl düzgün hüquqi məsləhətin əldə edilməsi məqsədəmüvafiqdir.

Bizim Azərbaycan ailə hüququ üzrə etibarlı hüquqşünaslarımız aşağıdakı xidmətləri göstərirlər:

 - Nikah müqaviləsi müqaviləsi və əlaqəli məsləhətlər;

- Azərbaycan vətəndaşlarının tərəf olduğu beynəlxalq nikah və boşanma;

- Ailədaxili münaqişələr zamanı uşaq hüquqları;

- Boşanma zamanı əmlakın idarə edilməsi və bölgüsü;

- Nikahın pozulması zamanı valideynlik hüquqları;

- Boşanma və maliyyə razılaşmaları;

- Övladın himayəçiliyi və himayəyə verilmə məsələləri;

- ailə hüququna dair işlər barədə xarici məhkəmə qərarlarının tanınması və icrası;

- vərəsəliyə dair məsləhətlər və sənədləşmə;

ailə hüququna dair digər xidmətlər.

Azərbaycanda nikaha daxil olmaq üçün mərhələlər və məsləhətlər:

1. Nikaha daxil olmazdan öncə tərəf əmin olmalıdır ki, qarşı tərəfin qüvvədə olan nikahı mövcud deyildir. Bu tələb sadəcə Azərbaycanda deyil, dünyanın istənilən yerində qeydə alınmış nikahı əhatə edir;

2. Nikaha daxil olmazdan öncə tərəflərin siyahısı müəyyən edilmiş xəstəliklərin daşıyıcısı olmaması barədə qan analizinin verilməsi;

3. Nikah müqaviləsinin/Əmlakın müqavilə rejiminə dair müqavilənin razılaşdırılması. Bu müqavilədə, tərəflərin nikaha daxil olanadək olan əmlakı, nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi (qanuna əsasən bu bölgü 50%/50% nisbətindədir), ər və arvadın hüquq və vəzifələri, nikaha qədər və nikahdan sonra olan öhdəliklər, borclar, uşaqlara münasibətdə hüquq və vəzifələr və digər əhəmiyyətli müddəalar əksini tapmalıdır;

4. Nikahin qeydiyyatı və nikah müqaviləsinin bağlanması;

Boşanma ilə bağlı mərhələlər və məsləhətlər

Nikahın pozulmasına yönəlmiş danışıqlara başlanılmasından, eləcə də boşanma fikrinə düşməmişdən qabaq ailə hüququ sahəsində ixtisaslaşmış hüquqşünasdan məsləhətlər alınması tövsiyə olunur. Boşanmaq fikrində olan nikahın pozulmasından qabaq bir sıra halların təmin edildiyinə əmin olmalıdır. Boşanma ilə bağlı ümumi mərhələlər və məsləhətlər aşağıdakı kimidir:

1. Ailə hüququ sahəsində müvafiq təcrübəsi olan hüquqşünasın tapılması və beynəlxalq nikah müqaviləsi və nikahın pozulması üzrə iş təcrübəsinin yoxlanılması;

2. Hər hansı həssas informasiyanın ötürülməsindən qabaq öz hüquqşünası ilə əld edilmiş məlumatları yaymam barədə müqavilə bağlama;

3. Nikaha, uşaqlara, maliyyə və nikah dövründə əldə edilmiş əmlaka dair bütün məlumatların və sənədlərin təqdim edilməsi;

4. Nikah dövründə əldə edilmiş, lakin üçüncü şəxslərin adına qeydiyyata alınmış əmlakla (misal üçün ər və ya arvadın valideynlərinin) bağlı fərdi strategiya seçilməsi;

5. Məhkəmə mübahisələrindən yayınmaq üçün, maliyyə / əmlak razılaşmasının müddəalarının tərtib edilməsi;

6. Alimentin məbləği hesablanmalı və aliment verən müəyyən edilməlidir;

7. Uşağa himayəçilik və tərbiyə məsələləri razılaşdırılmalıdır: Nəzərə alınmalıdır ki, Azərbaycan təcrübəsində ana (arvad) 10 yaşınadək olan uşağın, əgər uşağn maraqlarına da uyğundursa, onun yanında qalmasında üstünlüyə malikdir;

8. Mübahisənin məhkəməyədək həllinin mümkün olmadığı təqdirdə, nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılması;

 

Qiymətləndirmə fəaliyyətinin ən çox tələb olunan qiymətləndirmə istiqaməti əmlak bazarının böyük həcmini təşkil edən yaşayış təyinatlı daşınmaz əmlaklar üzrə sifarişlərdir. Eyni zamanda bu istiqamət üzrə çoxmənzilli binlarda yerləşən mənzillər, penthauslar, mansardlar ayrı bir seqmentdir. Bu tip daşınmaz əmlakların qiymətləndirilməsi müxtəlif səbəblər, xüsusilə aşağıdakı hallar üçün tələb edilir.  

  1. Alqı-satqı (xüsusi ilə də dövlət  ipoteka kreditləşməsi üzrə) zamanı
  2. Əmlakın girov predmeti olaraq qiymətləndirilməsi
  3. Əmlakın bölünməsi
  4. Əmlakın nizamnamə kapitalına daxil edilməsi
  5. Əmlakın vergiyə cəlb edilməsi 
  6. Mənzilin sığortalanması
  7. Mənzilin miras kimi dəyərinin müəyyən edilməsi 
  8. Məhkəmə mübahisələri zamanı.

Çoxmənzilli binlarda yerləşən mənzillər, penthauslar, mansardların qiymətləndirilməsi zamanı real dəyərin dəqiq müəyyən edilməsi üçün bir çox amillər nəzərə alınır. Bu amillər həmçinin öz növbəsində əmlakın növünə uyğun olaraq əsas götürülür. Ümumilikdə  daşınmaz əmlakın dəyərinə təsir edən əsas amillər aşağıdakılardır.  

Qiymətləndirici aşağıdakı amilləri nəzərə almaqla daşınmaz əmlakın dəyərini müəyyən edir:

  • Əmlakın tipi
  • Əmlakın olduğu binanın yerləşmə mövqeyi
  • Binanın istismara verildiyi il
  • Aşınma səviyyəsi (fiziki, mənəvi, funksional)
  • Əmlakın binada yerləşmə mövqeyi
  • Yerləşdiyi mərtəbə (yaxud mərtəbəliliyi)
  • Ümumi sahə
  • Eyvanların sayı və sahəsi
  • Obyektdəki dizayn işlərinin vəziyyəti və səviyyəsi
  • Texniki sistemlərin vəziyyəti (mühəndis kommunikasiyaları ilə təminat)
  • Yerləşdiyi rayon (ərazi) və onun ekoloji vəziyyəti
  • Ərazinin nəqliyyat infrastrukturu ilə təminatı səviyyəsi və mövqeyi (əraziyə işləyən sərnişin nəqliyyatı vasitələrinin sayı, dayanacaqlardan, yoldan, metrodan hansı məsafədə yerləşməsi)
  • Ticarət, xidmət və digər sosial obyektlərdən istifadəyə görə əlverişli mövqeyi
  • Gediş-gəliş yolunun vəziyyəti
  • Obyektin eyvan və pəncərələrindən ətrafa görünən mənzərə və s.
  • Qiymətləndirmə fəaliyyətinin ən çox tələb olunan qiymətləndirmə istiqaməti əmlak bazarının böyük həcmini təşkil edən yaşayış təyinatlı daşınmaz əmlaklar üzrə sifarişlərdir. Bu istiqamət üzrə fərdi yaşayış evləri, villalar, mülklər xüsusi yer tutur. Bu tip daşınmaz əmlakların qiymətləndirilməsi müxtəlif səbəblər, xüsusilə aşağıdakı hallar üçün tələb edilir.  
  • Alqı-satqı (xüsiilə də dövlət ipoteka kreditləşməsi üzrə) zamanı
  • Əmlakın girov predmeti olaraq qiymətləndirilməsi
  • Əmlakın bölünməsi
  • Əmlakın nizamnamə kapitalına daxil edilməsi
  • Əmlakın vergiyə cəlb edilməsi 
  • Evin sığortalanması
  • Evin miras kimi dəyərinin müəyyən edilməsi 
  • Evlə bağlı məhkəmə mübahisələri zamanı
  • Evin müxtəlif layihələr zamanı sökülməsi zamanı.
  •  
  • Fərdi yaşayış evlərinin, villaların, mülklərin qiymətləndirilməsi zamanı real dəyərin dəqiq müəyyən edilməsi üçün bir çox amillər nəzərə alınır. Bu amillər həmçinin öz növbəsində əmlakın növünə uyğun olaraq əsas götürülür. Ümumilikdə  daşınmaz əmlakın dəyərinə təsir edən əsas amillər aşağıdakılardır.  
  • Qiymətləndirici aşağıdakı amilləri nəzərə almaqla daşınmaz əmlakın dəyərini müəyyən edir:
  • Əmlakın tipi
  • Əmlakın yerləşmə mövqeyi
  • Əmlakın istismara verildiyi il
  • Aşınma səviyyəsi (fiziki, mənəvi, funksional)
  • Əmlakın yerləşdiyi torpaq sahəsinin təyinatı
  • Torpaq sahəsinin həcmi 
  • Əmlakın mərtəbəliliyi 
  • Ümumi sahəsi
  • Obyektdəki dizayn işlərinin vəziyyəti və səviyyəsi
  • Həyətyani tikililər və qurğuların mövcudluğu, yaxşılaşdırma işləri
  • Texniki sistemlərin vəziyyəti (mühəndis kommunikasiyaları ilə təminat)
  • Yerləşdiyi rayon (ərazi) və onun ekoloji vəziyyəti
  • Ərazinin nəqliyyat infrastrukturu ilə təminatı səviyyəsi və mövqeyi (əraziyə işləyən sərnişin nəqliyyatı vasitələrinin sayı, dayanacaqlardan, yoldan, metrodan hansı məsafədə yerləşməsi)
  • Ticarət, xidmət və digər sosial obyektlərdən istifadəyə görə əlverişli mövqeyi
  • Gediş-gəliş yolunun vəziyyəti
  • Obyektin eyvan və pəncərələrindən ətrafa görünən mənzərə və s.
  •  
  • Azərbaycan Respublikası Prezidenti
  • cənab İlham Əliyevə
  • Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə
  • Azərbaycan Respublikası Baş Prokurorluğuna
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliynə
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə

SUALINIZ VAR ?
ELƏ İSƏ,BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

Yazın
Necə Kömək Edə Bilərik ?
Salam,Biz Sizə Hərzaman Kömək Etməyə Hazırıq.
Buyurun,Bizimlə Əlaqə Saxlayın