HOME / HAQQIMIZDA
Hüquqşünaslarımız Sizin biznesinizin inkişafı və genişlənməsinə yardım edəcək həlli müəyyən etmək və geniş təcrübəyə arxalanan məsləhətlər verməklə, hər zaman yanınızdadır. Biz hüququn istənilən sahəsi üzrə yüksək peşəkarlıq nümayiş etdirib, “PRESTİJ HÜQÜQ MƏRKƏZİ” daxilində və müştəri ilə birlikdə çalışırıq ki, üzləşdiyiniz məsələlərdən asılı olmayaraq, şirkətimiz Sizin üçün güclü müttəfiq olsun.
EKSPERTLƏRİMİZ SİZƏ GÜVƏNLİ MƏSLƏHƏT VERƏCƏKDİR
BİZ SİZİN MUDAFİƏNİZ ÜÇÜN VARIQ
BƏLİ QALİBİYYƏTİMİZ MÜŞTƏRİLƏRİMİZİN RAZI QALMASIDIR
ŞİRKƏTİMİZ YERLİ BAZAR İLƏ YAXINDAN TANIŞ OLUB
ŞİRKƏTİMİZ YERLİ QANUNVERİCİLİYİ MÜKƏMMƏL BİR SƏVİYYƏDƏ BİLİB
REAL BİZNES SSENARİLƏRİNƏ TƏTBİQ ETMƏK BACARIĞINA YİYƏLƏNIB,ŞIRKƏTLƏRİN NƏYİ TƏLƏB ETDİYİNİ VƏ NECƏ İŞLƏDİYİNİ ANLAYARAQ, MÜŞTƏRİLƏRİMİZİN HÜQUQİ MƏSLƏHƏT XİDMƏTLƏRİNDƏ OLAN BÜTÜN TƏLƏBLƏRİNİ TƏMIN ETMƏK ÜÇÜN XİDMƏT GÖSTƏRMƏKDƏN QÜRUR DUYUR
Hüquqşünaslarımız Sizin biznesinizin inkişafı və genişlənməsinə yardım edəcək həlli müəyyən etmək və geniş təcrübəyə arxalanan məsləhətlər verməklə, hər zaman yanınızdadır. Biz hüququn istənilən sahəsi üzrə yüksək peşəkarlıq nümayiş etdirib, “PRESTİJ HÜQÜQ MƏRKƏZİ” daxilində və müştəri ilə birlikdə çalışırıq ki, üzləşdiyiniz məsələlərdən asılı olmayaraq, şirkətimiz Sizin üçün güclü müttəfiq olsun.
⦁ yerli bazar ilə yaxından tanış olub, yerli qanunvericiliyi mükəmməl bilib, hüququ real biznes ssenarilərinə tətbiq etmək bacarığına yiyələnib, və
şirkətlərin nəyi tələb etdiyini və necə işlədiyini anlayaraq,
müştərilərimizin hüquqi məsləhət xidmətlərinə olan bütün tələblərini təmin etmək üçün xidmət göstərməkdən qürur duyur.
müştərilərə problemləri həll etməyə və biznes fəaliyyətlərini müasir, sürətlə dəyişən və mürəkkəb şəraitdə inkişaf etdirməyə kömək etməklə biznes imkanlarının və sövdələşmələrinin araşdırılması, müəyyənləşdirilməsi, qiymətləndirilməsi və çevik şəkildə həyata keçirilməsi prosesinə yardım göstərməkdir.
əvvəlcə müştərinin məqsəd və hədəflərini müəyyən edir, sonra isə müştəri ilə müzakirələr, məsləhətləşmələr, danışıqların aparılması və hüquqi sənədlərin hazırlanması yolu ilə müxtəlif hüquqi riskləri tənzimləyir və idarə edirik.
Biznes fəaliyyətlərini müasir, sürətlə dəyişən və mürəkkəb şəraitdə inkişaf etdirməyə kömək etməklə biznes imkanlarının və sövdələşmələrinin araşdırılması, müəyyənləşdirilməsi, qiymətləndirilməsi və çevik şəkildə həyata keçirilməsi prosesinə yardım göstərməkdir.
Mübahisədə təmsil etmək üçün tapşırıq aldıqda, müştərinin biznes məqsədlərini təhlil edir və bundan sonra məsələləri səmərəli şəkildə, xərcləri nəzərə almaqla həll etmək üçün müştəri ilə birlikdə işləyirik. Bundan başqa, biz müştərilərin maraqlarını mübahisə tərəfləri arasında aparılan danışıqlarda və ya mediasiya prosesində də təmsil edə bilərik.
Mübahisə olub-olmamasından asılı olmayaraq, biz, müştərilərimizin qarşılaşdıqları məsələləri biznes tələblərinə uyğun olaraq həll edilməli olan, bizneslə bağlı məqamlar kimi dəyərləndiririk.
Yeni texnologiyalar və daim inkişaf edən kommunikasiya vasitələri, məlumatın əldə edilməsindəki asanlıq, inkişaf edən internet biznesin aparılması qaydasına öz təsirini göstərmişdir. Hüquqi xidmətlər sahəsi də istisna deyil. Biz müştərilərə daha səmərəli şəkildə xidmət göstərmək, dəstəyə və yardıma ehtiyac duyduqları zaman onlarla əlaqə saxlamaq və onlar üçün əlçatan olmaq üçün belə texnologiyalardan yararlanırıq.
Şübhəsiz, biz texnologiyalardan istifadə edirik, lakin biz həmçinin gərgin işin, yüksək peşəkar və etik davranışın ənənəvi ideyalarını rəhbər tutur, müştərilərlə yaxşı münasibətləri qoruyub saxlayırıq.
Biz təhlil edirik. Biz məsləhət veririk. Biz müdafiə edirik. Biz müştərilər ilə tərəfdaş və həmkar kimi birlikdə çalışırıq. Və nəhayət – biz müştərilərimizlə və onlar üçün gördüyümüz işlərlə fəxr edirik…
Azərbaycanda korporativ hüquq xidmətləri
Bizim korporativ hüquq xidmətlərimiz müştərilərimizin ehtiyaclarına və Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müxtəlif istiqamətlidir və ən uğurlu təcrübələrə söykənir...
Azərbaycanın əmək qanunvericiliyinin işçilərin hüquqlarını daha çox müdafiə etməsi əmək müqavilələrinə və tərəflərin razılaşmalarına xüsusi diqqət yetirilməsini zəruri edir.
Peşəkar vergi məsləhətləri və vergi mübahisələrinin həlli, mühasibatlıq xidmətləri və insan resursları üzrə xidmətləri bir pəncərə şəklində vahid məkanda təqdim edirik.
Mübahisələrin məhkəmə qaydasında həlli, beynəlxalq arbitrajda təmsilçilik, borcların effektiv qaydada qaytarılması təqdim etdiyimiz vəkil xidmətləri və hüquqşünas xidmətlərimizə daxildir.
BİZƏ GÜVƏNƏN PARTNYORLAR
AZƏRBAYCANIN PEŞƏKAR HÜQUQŞÜNASLAR VƏ VERGI EKSPERTLƏRI
PRESTİJ HÜQÜQ MƏRKƏZİ Azərbaycanın peşəkar hüquqşünaslar və vergi ekspertləri tərəfindən Bakı şəhərində təsis edilmiş Azərbaycan hüquq şirkətidir.
09.00 – 18.00
10:00 – 16:00
BAĞLIDIR